London derbisində Arsenal qalib tərəf oldu VİDEO

06.09.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqasının 3-cü turunda London derbisi baş tutub.
Bizim.Media  xəbər verir ki, "Emireyts" stadionunda "Arsenal" "Çelsi"ni qəbul edib.
 

Görüş 2:1 hesabı ilə "topçular"ın qələbəsi ilə başa çatıb.
 

İkinci dəqiqədə Morqan Rocers bu oyunda hesabı açaraq "Çelsi"ni önə keçirsə də, 25-ci dəqiqədə Kay Haverts hesabı bərabərləşdirib. 50-ci dəqiqədə Martin Edeqor "Arsenal"ın qələbəsini təmin edib.
 

Bu oyundan sonra "Arsenal" turnir cədvəlində 9 xalla ikinci pillədə qərarlaşıb. "Çelsi" isə 6 xalla dördüncü yerdədir.
Növbəti turda "topçular" sentyabrın 12-də "Sanderlend"lə, "mavilər" isə "Hall Siti" ilə qarşılaşacaq.



Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью