London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25.08.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi" İngiltərə Premyer Liqasının I turunda "Fulhem" üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, "Kreyven Kottec" stadionunda keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi" artıq ilk dəqiqədə Joao Pedronun qolu ilə hesabı açıb. 23-cü dəqiqədə Coş Kinq tarazlığı bərpa etsə də, fasiləyədək Morqan Rocers "zadəganlar"ı yenidən önə keçirib.

İkinci hissənin əvvəlində Koul Palmer hesabı 3:1 edib. Beş dəqiqə sonra Qonsalo Qarsiya "Fulhem"in fərqi azaltmasına nail olsa da, meydan sahibləri məğlubiyyətdən xilas ola bilməyiblər.

Beləliklə, "Çelsi" İngiltərə Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb.

Növbəti turda "Fulhem" avqustun 30-da səfərdə "Sanderlend"lə qarşılaşacaq. "Çelsi" isə həmin gün öz meydanında "Brayton"u qəbul edəcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью