London derbisində xallar bölüşüldü

19.09.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Çempionşipinin VIII turunda "Miluoll" və "Vest Hem Yunayted" komandaları prinsipial matçda üz-üzə gəliblə. Sport24.az xəbər verir ki, "The Den" stadionunda keçirilən gərgin qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Meydan sahibləri matça sürətli başlayaraq 16-cı dəqiqədə Kaleb Teylor və 45-ci dəqiqədə Kamiel Neqlinin vurduğu qollarla ilk hissəni 2:0 öndə bağlayıblar. İkinci yarıda təşəbbüsü ələ alan "Vest Hem" 74-cü dəqiqədə Məhəmməd Kantenin qolu ilə fərqi minimuma endirib, 80-ci dəqiqədə isə Konstantinos Mavropanos tarazlığı bərpa edib. Matçın 89-cu dəqiqəsində "Vest Hem"in qol müəllifi Kante qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

İngiltərə Çempionşipi

VIII tur

"Miluoll" — "Vest Hem Yunayted" 2:2

Qollar: Teylor, 16, Neqli, 45 — Kante, 74, Mavropanos, 80

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "Vest Hem" matç fazlası ilə turnir cədvəlinin liderlik kürsüsünə yüksəlib, "Miluoll" isə xal ehtiyatını 11-ə çatdırıb.

Qeyd edək ki, Londonun bu iki prinsipial rəqibi 2012-ci ildən sonra ilk dəfə rəsmi oyunda qarşılaşıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью