Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az “UK Defence Journal” nəşrinə istinadən xəbər verir ki, müdafiə naziri Lyuk Pollardın sözlərinə görə, Böyük Britaniya hökuməti “Watchkeeper” dronlarını əvəz etmək üçün yeni, daha qənaətcil pilotsuz sistemlərə sərmayə qoyur.
“Bu dronların istismardan çıxarılmasına baxmayaraq, onların Ukraynaya verilməsi nəzərdə tutulmur. Çünki bu dronlar hələ 2010-cu ildə istifadəyə verilib. Xüsusən də Ukraynada dron texnologiyasının sürətli inkişafı nəzərə alınmaqla, hazırda “Watchkeeper” köhnəlmiş hesab olunur”, – Lyuk Pollard Londonun qərarını belə əsaslandırıb.
“Watchkeeper” PUA-ları həmçinin pis hava şəraitində fəaliyyət göstərə bilmir. “The Times” qəzetinin yazdığına görə, hər bir dronun təxminən 5 milyon funt-sterlinqə başa gəlməsinə baxmayaraq, onlardan heç biri əməliyyatlarda istifadə olunmur. “Watchkeeper” İsrailin “Hermes 450” pilotsuz təyyarəsi əsasında hazırlanıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. “Bu dronların istismardan çıxarılmasına baxmayaraq, onların Ukraynaya verilməsi nəzərdə tutulmur. Çünki bu dronlar hələ 2010-cu ildə istifadəyə verilib. Xüsusən də Ukraynada dron texnologiyasının sürətli inkişafı nəzərə alınmaqla, hazırda “Watchkeeper” köhnəlmiş hesab olunur”, – Lyuk Pollard Londonun qərarını belə əsaslandırıb.