London klubu 120 milyonluq transfer üçün 2 futbolçusunu satır

17.04.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Arsenal" yayda Madrid "Atletiko"sunun hücumçusu Julian Alvaresi "rənglərinə bağlamaq" üçün iki hücumçusunu - Kai Havertz və Qabriel Jesusu satmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Havertz və Jesusu satmaqla "topçular" əmək haqqı xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, Alvaresin tranferi üçün lazım olan 120 milyon avronun müəyyən hissəsini əldə etmiş olacaq. "Arsenal" argentinalı hücumçunu yay "transfer pəncərəsi" üçün əsas hədəfi kimi müəyyən edib.

Qeyd edək ki, Alvares bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью