London klubu azarkeşlərinə görə cərimələndi

21.06.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Premyer Liqa klublarından "Tottenhem" azarkeşlərinə görə ziyana düşüb. 

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası qərar qəbul edib.

Ötən il sentyabrın 29-da baş tutan “Mançester Yunayted” - “Tottenhem” (0:3) matçında tribunadan eşidilən homofobik şüarlara görə "spurs" 75 min funt-sterlinq cərimələnib.

Federasiya klubu səfər oyununda asayişi təmin etməməkdə ittiham edib.

Azarkeşlərin davranışı qəbuledilməz, təhqiredici və alçaldıcı kimi dəyərləndirilib. İlkin cərimə 150 min olsa da, apellyasiya şikayəti əsasında bu məbləğ yarıya endirilib.

Bundan əlavə, klub rəsmi xəbərdarlıq alıb.

“Kopenhagen”in gənc ulduzu “Barselona”nın hədəfində Yamaykalı futbolçu daha 2 il “Tottenhem”də - RƏSMİ Macarıstan millisinin üzvü “Liverpul”da Amorim üçün xəbərdarlıq: “Yeni ilə qədər komandadan qovulacaq” Mak Allisterə sevgili şoku: “İki ilimi aldı, indi ödəsin”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью