London klubu Borussiya nın sabiq baş məşqçisi ilə anlaşa bilər | Icma.az
Icma.az, sport24.az portalına istinadən məlumat yayır. Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Edin Terziç "Tottenhem"in maraq dairəsin
Sport24.az "GiveMeSport"-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi hələ Angelos Postekoqlu ilə ayrılmağı planlaşdırmır.
Ancaq komandanın nəticələri tezliklə yaxşılaşmasa, avstraliyalı çalışdırıcı qovula bilər.
"Tottenhem" hazırda işsiz olan Terziçin namizədliyini nəzərdən keçirir.
42 yaşlı mütəxəssis ötən mövsümün sonunda "Borussiya"nın baş məşqçi postunu tərk edib.
"Arılar" onun rəhbərliyi altında UEFA Çempionlar Liqasının finalına yüksəlmişdilər.
Qeyd edək ki, "Tottenhem" hazırda Premyer Liqanın turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu