London klubu “Nottingem Forest”in müdafiəçisini istəyir

07.10.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Çelsi" "Nottingem Forest"in müdafiəçisi Murilyonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Çelsi"nin baş məşqçisi Enso Mareska müdafiə xəttini gücləndirmək niyyətindədir və bu səbəbdən 23 yaşlı braziliyalını komandasında görmək istəyir.

Qeyd edək ki, Murilyo 2025/26 mövsümündə bütün turnirlərdə 5 oyunda meydana çıxıb. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью