futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Skott Parkerə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2.5 illik imzalanacaq.
Parker son olaraq “Bernli”ni çalışdırıb. O, bundan başqa “Fulhem” və “Bornmut”da işləyib.
“Vest Hem” bir müddət əvvəl baş məşqçisi Nunu Santu ilə yollarını ayırmışdı.
London klubu Çempionşipdə 13 oyundan sonra 22 xalla 8-ci pillədə qərarlaşıb.