London klubu onu komandada saxladı

16.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə milli komandasının və “Kristal Pelas”ın qolkiperi Din Henderson klubu ilə uzunmüddətli yeni müqaviləyə imza atıb.

Futbolpress.az xəbər verir ki, London təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 27 yaşlı qapıçı ilə imzalanan yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədər uzadılıb.

“Mançester Yunayted”in yetirməsi olan Henderson davamlı oyun təcrübəsi qazanmaq üçün 2023-cü ildə 15 milyon funt-sterlinq qarşılığında “qartallar”a transfer olunmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью