London klubunda 99 milyonluq nəhəng transfer

20.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Mançester Siti”nin vingeri Savinyo karyerasını “Tottenham”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Xəbərə görə, İngiltərə klubları 22 yaşlı futbolçunun keçidi ilə bağlı razılığa gəliblər.

“Mahmızlar” bu transfer üçün müqabil tərəfə 99 milyon avro ödəyəcək. Bu məbləğin 93.3 milyon avrosu sabit ödəniş, 5.7 milyon avrosu isə müxtəlif bonuslar şəklində nəzərdə tutulub.

Savinyo yaxın saatlarda tibbi müayinədən keçmək və rəsmi müqaviləyə qol çəkmək üçün Londona yola düşəcək.

Braziliyalı cinah oyunçusu ötən mövsüm “şəhərlilər”in heyətində bütün turnirlərdə 36 matçda meydanda olub, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью