London klubunda gözlənilməz istefa

08.06.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Vest Hem”in həmsədri David Sallivan gözlənilmədən vəzifəsindən istefa verib.

"Football-plus.az" xəbər verir ki, 77 yaşlı iş adamı qərarını dərhal qüvvəyə minəcək şəkildə açıqlayıb. O, bunun şəxsi həyatına dair mətbuatda yayılacağı iddia olunan köhnə ittihamlarla bağlı olduğunu bildirib və həmin iddiaları rədd edib.
Sallivan həmçinin bu xəbərləri yayımlayacaq BBC və digər media qurumlarına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb.
Klubun məlumatına görə, ittihamların “Vest Hem”in fəaliyyəti ilə əlaqəsi yoxdu və idarəçilik müvəqqəti olaraq Kərim Viraniyə həvalə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью