London klubunda növbəti argentinalı

23.07.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Strasburq”un yarımmüdafiəçisi Valentin Barko “Çelsi”yə keçməyə razılıq verib.

Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu yay transfer pəncərəsində London təmsilçisinin heyətinə qatılmaqda maraqlıdır. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Stelmford Bric”də çıxış etmək istəyini rəhbərliyə bildirib. Keçidin taleyi “Çelsi”nin verəcəyi son qərardan asılıdır. Hər iki klub eyni holdinqə (“BlueCo”) məxsus olduğu üçün “zadəganlar” transfer prosesinə tam nəzarət edir.

Əvvəllər İngiltərənin “Brayton” klubunda çıxış etmiş argentinalı yarımmüdafiəçi 2025-ci ilin yayında “Strasburq”a keçmişdi. O, geridə qalan mövsümdə Fransa komandası ilə 43 rəsmi oyuna çıxaraq 3 qol və 9 məhsuldar ötürmə ilə diqqət çəkib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью