London klubunda yeni təyinat

15.04.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Tottenhem” rəhbərliyində yeni təyinat olub.
London klubu baş direktor vəzifəsinə Vinay Venkateshamı gətirib.
44 yaşlı mütəxəssis yeni işinə yayda başlayacaq. Venkatesham 14 il “Arsenal”da işləyib. Bu klubda qlobal kommunikasiyalar rəhbərindən CEO-ya qədər yüksəlib.
Venkatesham daha əvvəl 2012-ci il London Olimpiadasının Təşkilat Komitəsinin və Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olub.
O, hazırda Böyük Britaniya Olimpiya Assosiasiyasının müşahidə şurasının üzvüdü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью