Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Gözlənildiyi kimi, “Fulhem” baş məşqçi Marko Silva ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə mənbələrinin yaydığı məlumata görə, klub rəhbərliyinin təcrübəli çalışdırıcını yeni müqaviləyə razı salmaq üçün göstərdiyi bütün cəhdlər nəticəsiz qalıb.
Portuqaliyalı mütəxəssis karyerasını “Benfika”da davam etdirməyə yaxındı. Portuqaliya klubunun 48 yaşlı mütəxəssislə danışıqları yekun mərhələyə çatıb. Bildirilir ki, ona illik 4 milyon funt sterlinqdən çox maaşı nəzərdə tutan müqavilə təklif olunub.
Silva “Fulhem”i 2021-ci ildən çalışdırırdı. Onun artıq keçmiş komandası premyer-liqada sonuncu mövsümü 11-ci yerdə başa vurub.