Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kristal Pelas"ın müdafiəçisi Kris Riçards karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "İnter" amerikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Riçardsın London klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan "İnter" 26 yaşlı mərkəz müdafiəçisini yanvarda transfer etməyə çalışacaq.
Qeyd edək ki, "Kristal Pelas" Kris Riçardsı 2022-ci ilin yayında "Bavariya"dan 12 milyon avroya transfer edib. ABŞ millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi