London klubuyla danışıqlara başladı

26.04.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Çelsi” Dortmund “Borussiya”sının cinah oyunçusu Ceymi Qittensin nümayəndələri ilə danışıqlara başlayıb.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” onun xidmətindən yararlanmaq istəyir. “Mavilər” cinah oyunçusuna 6-7 milyon avro maaş təklif etməyə hazırdır ki, bu onun “Borussiya”dakı indiki 3 milyon avrosundan xeyli çoxdur. Əgər “Çelsi” 50-60 milyon avroluq təklif göndərərsə, Dortmund təmsilçisi danışıqlara açıq olacaq.

Sözləşməsi 2028-ci ilə qədər olan Qittens “Borussiya”ya keçəndən bəri 102 peşəkar oyuna çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью