Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 22 oktyabr, AZƏRTAC Bu il London marafonu dünyanın ən böyük illik birgünlük xeyriyyə tədbiri statusunu möhkəmləndirərək 87,3 milyon funt sterlinqlə yeni rekord müəyyən edib.AZƏRTAC xəbər verir ki, bu məbləğ ötən il qeydə alınan rekordu 13,8 milyon funt sterlinq geridə qoyub.
Aprelin 27-də keçirilən marafonda 56 min 640 nəfər finiş xəttini keçib.
Bu isə marafonu bitirən ən çox iştirakçı üzrə Ginnesin dünya rekordu kimi qeydə alınıb.Bu nailiyyətlə 1981-ci ildən bəri London marafonu vasitəsilə toplanan ümumi vəsaitin həcmi 1,4 milyard funt sterlinqə çatıb.
Aytən AbbaslıAZƏRTAC-ın xüsusi müxbiriLondon Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.