London metrosunda hər 20 sərnişindən biri biletsiz səfər edir

30.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 30 may, AZƏRTAC

London metrosunda sərnişinlərin təxminən 5 faizi, yəni hər 20 nəfərdən biri biletsiz səfər edir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə “Transport for London” (TfL) təşkilatının açıqladığı məlumatda qeyd olunub. Bildirilib ki, bilet almadan metroya minən sərnişinlər quruma illik 130 milyon funt-sterlinq zərər vurur.

“TfL” bildirib ki, biletsiz yaxalananların bir çoxu artıq başqa cinayətlərə görə də axtarışdadır. Nəzarət zamanı onlardan tez-tez bıçaq və narkotik maddələr götürülür. Hazırda problemin qarşısını almaq məqsədilə 500 yeni nəzarətçi işə götürüb. Lakin onlar tez-tez zorakı və irqi motivli hücumlara məruz qalırlar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью