London metrosunda sərnişinlər saatlarla qatarın içində qalıblar

02.09.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 2 sentyabr, AZƏRTAC

London metrosunun “Jubilee” xəttində qatarda nasazlıq yaranıb, nəticədə sərnişinlər üç saata yaxın vaqonlarda qalıblar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə “Westminster” və “Waterloo” stansiyaları arasında baş verib. Şahidlərin sözlərinə görə, vaqonlar isti və tamamilə dolu vəziyyətdə olub. Sərnişinlər daha sonra relslərlə təhlükəsiz əraziyə aparılaraq evakuasiya edilib. Sərnişinlərin sözlərinə görə, əvvəlcə qatarın “Westminster” istiqamətində hərəkətini bərpa etməyə çalışıblar, lakin yenidən dayanıb. Daha sonra “Waterloo” istiqamətinə geri dönmək planlaşdırılsa da, qatar bu dəfə tamamilə sıradan çıxıb və elektrik kəsilib.

Hadisədən sonra “Jubilee” xəttində ciddi gecikmələr yaşanıb və “London Bridge” ilə “Green Park” stansiyaları arasında xidmət qismən dayandırılıb. “Transport for London” (TfL) hadisəyə görə üzr istəyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью