London miqrantları “gözlətmək” istəyir

03.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“The Independent” xəbər verir ki, Böyük Britaniya hökumətinin müzakirə etdiyi yeni qaydalara əsasən, əksər miqrantlar üçün hazırda 5 il olan gözləmə müddətinin 10 ilədək uzadılması nəzərdə tutulur. Sosial qayğı sektorunda çalışan əcnəbilər üçün isə bu müddətin 15 ilə qədər artırılması təklif edilir. Bununla belə, artıq Böyük Britaniyada fəaliyyət göstərən sosial qayğı işçilərinin yeni qaydalardan azad oluna biləcəyi bildirilir. Ölkənin daxili işlər naziri Şabana Mahmudun dünən İcmalar Palatasında çıxış edərək qanuni miqrasiya qaydalarına dair yekun qərarı açıqlayacağı gözlənilirdi. 2025-ci ilin noyabrında irəli sürülən təkliflər hakim Leyboristlər Partiyasının bir sıra deputatlarının etirazına səbəb olub. Onlar dəyişikliklərin ölkədə yaşayan və işləyən miqrantlara münasibətdə ədalətsiz ola biləcəyini bildiriblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью