London nəhəngi italiyalı qapıçı ilə güclənir

17.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Atalanta" klubunun qapıçısı Marko Karnesekki karyerasını İngiltərədə davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikola Skira sosial şəbəkə hesabı üzərindən yayıb.

Xəbərə görə, 24 yaşlı italiyalı Premyer Liqa nəhənginə keçə bilər. Söhbət London "Arsenal"ından gedir. "Topçular" bu mövsüm bitdikdən sonra berqamoluların qapıçısını transfer etməyə can atır. 

"Transfermarkt" Karnesekkinin transfer dəyərini 16 milyon avro qiymətləndirir. 

Marko Karnesekki əvvəllər "Kremoneze" və "Trapani" komandalarında çıxış edib. O, bu mövsüm Berqamo təmsilçisinin heyətində İtaliya çempionatında 15 oyun keçirib. Karnesekki bu görüşlərin 5-də qapısını təmiz saxlaya bilib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью