Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. London haqlı olaraq dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri hesab olunur.
Lakin ilk dəfə Britaniya paytaxtına gələn turistlər tez-tez eyni səhvləri təkrar edirlər.
Business Insider jurnalının müəllifi və London sakini Konor Klark turistlərin şəhərdə tez-tez etdiyi 9 əsas səhvi və onlardan necə qaçmaq barədə faydalı məsləhətlərini bölüşüb: Lent.az bu səhvləri sizə təqdim edir: 1.
Şəhər mənzərəsi üçün pul ödəyirlər – halbuki onu pulsuz da görmək olar Bir çox turistlər The Shard göydələninə 37 ABŞ dolları ödəyərək çıxır.
Lakin Sky Garden adlı ictimai bağdan da şəhərə möhtəşəm mənzərə açılır və ora giriş tamamilə pulsuzdur – sadəcə öncədən rezervasiya tələb olunur.
2. Eskalatorda sol tərəfdə dayanırlar London metrosunda sol tərəf hərəkət üçündür, sağ tərəf isə dayananlar üçündür.
Sol tərəfdə dayanmaqla yerli sakinlərin qəzəbinə tuş gəlmək mümkündür. Bu, şəhərin qeyri-rəsmi qaydalarındandır. 3.
"Sunday Roast" yemədən Londondan çıxırlar Konor qeyd edir ki, turistlər ənənəvi İngilis yeməkləri haqqında məlumatlı olmur.