Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya nüvə sualtı qayıqları donanmasının modernləşdirilməsi və döyüş hazırlığının artırılması məqsədilə 8 milyard funt sterlinq dəyərində müqavilə imzalayıb. BBC xəbər verir ki, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Babcock” şirkəti ilə imzalanan beşillik müqaviləyə əsasən Plimut, Klayd və Bristol bölgələrində 3 min yeni iş yerinin, həmçinin təcrübəçilər və ali məktəb məzunları üçün 2500-ə yaxın məşğulluq imkanının yaradılması nəzərdə tutulur. Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, müqavilə ölkənin döyüş hazırlığının gücləndirilməsinə töhfə verəcək.
XQ