London təmsilçisi Jül Kundeni almağa hazırlaşır

25.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Barselona" futbolçusu Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, "Arsenal" gələn ay cinah müdafiəçisini heyətinə qatmaq niyyətindədir. Mənbə London təmsilçisinin 26 yaşlı Kundenin transferi üçün böyük məbləğ ödəməli olacağını vurğulayıb.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm Kataloniya təmsilçisinin heyətində 25 matça çıxaraq 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью