London Trampın “50 gün” təklifinə bu cür qoşulur

21.07.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Böyük Britaniyanın müdafiə naziri Con Hili Qərbi Kiyevə hərbi dəstəyi artırmağa çağıracaq.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Telegraf” qəzeti məlumat yayıb.

“Hili çıxışında qrup üzvlərini 50 gün ərzində Ukraynanı silahlandırmaq üçün kampaniya təşkil etməyə çağıracaq, iyulun 14-də Moskva və Vaşinqtonun Ukraynada nizamlanma ilə bağlı 50 gün ərzində razılığa gəlmədiyi təqdirdə Rusiya, eləcə də onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyən ABŞ Prezidenti Donald Trampın təklifini dəstəkləyəcək”, - məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью