Icma.az, Oxumeni.az saytına istinadən bildirir. London uşaqlar üçün sosial şəbəkələrə qadağa qoymağı nəzərdən keçirir Böyük Britaniyanın hak
Həmçinin, məktəblərdə mobil telefonlardan istifadəyə dair daha sərt tövsiyələr də öyrənilən imkanlar arasındadır.
Oxuməni.az-ın "Deutsche Welle"yə istinadla verdiyi xəbərə görə, bu barədə bazar ertəsi London hökuməti məlumat verib.
Elm, innovasiya və texnologiyalar naziri Liz Kendallın sözlərinə görə, mövcud qanunlar heç vaxt bu sahənin tənzimlənməsində son söz kimi qəbul edilməyib.
"Məhz buna görə də mən əlavə tədbirlər görməyə hazıram", - deyə o bildirib.
Kanberranın təcrübəsini öyrənmək üçün Britaniya hökuməti nazirləri Avstraliyaya göndərməyi planlaşdırır.
Avstraliya bir ay əvvəl 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə qadağa qoyan ilk ölkə olub.
Uşaqların smartfonlara və sosial şəbəkələrə həddindən artıq bağlılığının onların ruhi sağlamlığına mənfi təsir etməsi ilə bağlı narahatlıqlar digər ölkələrdə də mövcuddur.