Londona sərt nota: “Rusofob uydurmalarla xalqı aldatmayın!” | Icma.az
Icma.az, GlobalInfo saytına istinadən bildirir. Britaniya rəsmilərinin Rusiyanı guya hücum planları hazırlamaqda və təhlükə yaratmaqda ittih
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyindən açıqlama yayılıb.
“Rusiya nə Birləşmiş Krallığa, nə də onun əhalisinə qarşı təhdid təşkil edir.
Bizim Böyük Britaniyaya hücum etmək kimi heç bir planımız yoxdur”, – deyə diplomatik missiyanın yaydığı açıqlamada bildirilir.
Rusiya səfirliyi bəyan edib ki, Britaniyada hakimiyyətdə olan mühafizəkarlar və müxalif leyboristlər rusofob uydurmalarıla ölkədəki iqtisadi uğursuzluqları ört-basdır etməyə çalışırlar.
Açıqlamada London administrasiyasına çağırış da yer alıb: “Hərbi isteriyanı qızışdırmaqdan və Kiyev rejiminin əli ilə apardığınız vəkalət müharibəsindən əl çəkin”.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanı “daimi təhlükə” adlandırıb ölkəsinin müharibəyə hazırlıq rejimində olduğunu demişdi.
Aysel Əliyeva Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu