Londonda 5 qollu triller

09.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin “Arsenal” klubu mövsümöncəsi “Emirates Cup” turniri çərçivəsində Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşıb. Avqustun 9-da Londonda baş tutan matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, Almaniya təmsilçisi ilk hissədə iki cavabsız qol vurub. 7-ci dəqiqədə Samuele İnasio, 29-cu dəqiqədə isə Konstantinos Karetsas fərqlənib.

İkinci yarının əvvəlində, 54-cü dəqiqədə İtan Nvaneri buraxılan qollardan birinin əvəzini çıxsa da, “topçular” 4 dəqiqə sonra yenidən qapılarında qol görüblər. 58-ci dəqiqədə Joan Qadu “qara-sarılar”ın üçüncü qoluna imza atıb.

Matçda son nöqtəni isə 69-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən “Arsenal”ın hücumçusu Viktor Dökereş qoyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью