Londonda avtomobil məşhur fəvvarəyə çırpılıb

30.06.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London, 30 iyun, AZƏRTAC

Londonun mərkəzində yerləşən məşhur “Piccadilly Circus” meydanında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki gənc xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, BMW markalı avtomobil yüksək sürətlə piyadalar üçün nəzərdə tutulan əraziyə daxil olaraq çevrilib. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub, meydan ətrafı təhlükəsizlik məqsədilə bağlanıb.

Avtomobil daha çox Eros heykəli kimi tanınan məşhur “Shaftesbury” memorial fəvvarəsinə doğru yönəlsə də, fəvvarəyə çatmadan səkidə dayanıb. Qəzada xəsarət alan hər iki şəxs 22 yaşındadır. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью