Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var

28.06.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniyanın paytaxtı Londonda avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində üç nəfər xəsarət alıb.

Bu barədə "The Sun" qəzeti təcili tibbi yardım xidmətinə istinadən məlumat yayıb.

Hadisə Londonun İlinq rayonunda, M&S univermağının yaxınlığında baş verib.
Yaralananların hamısı xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью