Londonda BBC nin keçmiş mənzil qərargahında yanğın olub

06.09.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bu gün Londonda BBC-nin keçmiş qərargahında baş verən yanğının söndürülməsinə təxminən 100 yanğınsöndürən cəlb olunub.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

London Yanğınsöndürmə Xidmətinin məlumatına görə, yanğın doqquzmərtəbəli binada başlayıb.

Alov binanın yuxarı mərtəbələrinə yayılıb, restoran, terras və havalandırma sistemləri yanıb.

Yanğının səbəbi hələlik məlum deyil. Xəsarət alanlar və ya ölənlər barədə məlumat daxil olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью