Londonda karnaval zamanı 169 nəfər saxlanılıb

31.08.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 avqust, AZƏRTAC

Londonda keçirilən “Nottinq Hill” karnavalının ilk günündə 169 nəfər saxlanılıb.

AZƏRTAC London polisinə istinadən xəbər verir ki, cinayətkarların əksəriyyəti birbaşa küçə festivalının təşkil edildiyi ərazidə, 27 nəfər isə ora gedərkən tutulub.

Saxlanılan şəxslərin əksəriyyətinin üzərində hücum silahları və ya narkotik maddələr aşkar edilib.

“Nottinq Hill” karnavalı Londonun şimal-qərbində 1964-cü ildən bəri ənənəvi olaraq keçirilir. Bu, Avropanın ən böyük küçə festivalıdır, hər il 1 milyondan çox britaniyalı və turist iştirak edir. Karnaval zamanı Londonda zorakılıq və cinayətkarlıq, xüsusən bıçaqla törədilənlər cinayətlər, eləcə də narkotik istifadəsi və qaçaqmalçılığı ilə əlaqəli hadisələr kəskin şəkildə artır. 2025-ci ildə 2 gün ərzində 528 nəfər saxlanılmış, 4 nəfər bıçaqlanmışdı.

Karnaval avqustun 31-də başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью