Londonda kater Vestminster körpüsünə çırpıldı

25.07.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Temza çayında hərəkət edən sürət qayığının Vestminster körpüsünə çırpılması nəticəsində London polisinin beş əməkdaşı xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Polisin məlumatına görə, toqquşma nəticəsində bir neçə əməkdaş suya düşüb, lakin onlar xilas ediliblər.

Hadisə yerinə xilasetmə xidmətləri gəlib və zərərçəkmiş polisləri təxliyə edib. Onların vəziyyəti barədə məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью