Londonda Quranı yandırdı: görün, nə etdilər Video

14.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Londonda Quranı yandırmaq istəyən şəxs döyülüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə Türkiyənin Londondakı Baş Konsulluğunun binasının qarşısında baş verib.

Bildirilib ki, Quranı yandırmaq məqsədilə aksiya təşkil edən şəxs yoldan keçən bir nəfərin hücumuna məruz qalıb. Naməlum şəxs aksiyaçıya yaxınlaşaraq əvvəlcə onu təpikləyib, daha sonra isə bıçaqla hücum edib.

Aksiyaçının xəstəxanaya aparıldığı bildirilir.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью