Londonda Şahrux Xan və Kacol Devqanın heykəli qoyuldu

05.12.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Londonda Bollivud ulduzları Şahrux Xan və Kacol Devqanın heykəli qoyulub.

Axşam.az xəbər verir ki, bu addım aktyorların baş rolunda çəkildiyi "Cəsur ürək gəlini aparar" filminin 30 illiyi münasibətilə atılıb. Ötən gün sözügedən ekran işində Şahrux və Kacolun canlandırdıqları obrazların bürünc heykəllərinin açılışı olub və aktyorlar mərasimdə iştirak ediblər.

Qeyd edək ki, onlar filmdə "Raj" və "Simran" obrazlarını ifa ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью