Londonda yaşayan həmyerlimiz: Boks məni özünə aşiq edib İdman və Biz | Icma.az
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çoxlarının bir yol seçdiyi dünyada Leyla Tabasaranskaya sübut edir ki, eyni zamanda bir neçə istiqamətdə uğur qazanmaq mümkündür.
İdman.biz xəbər verir ki, Londonda yaşayan həmyerlimiz neft-qaz şirkətindəki karyerasını boks məşğuliyyəti ilə birləşdirir.
Nüfuzlu "Miss Böyük Britaniya 2024" müsabiqəsində ikinci yer tutması da onun çoxşaxəli istedadının əyani təsdiqidir.
"Yaş yeni başlanğıclara maneə deyil" - Leyla xanım üçün bələdçi olan bu şüar onu yeni nailiyyətlərə ruhlandırır.
Media.Az-a müsahibəsində Leyla Tabasaranskaya boksla məşğul olmasından da danışıb: "Düzünü desəm, uşaqlıqdan atletik məşqləri xoşlayırdım.
Artıq 12 yaşımda əzələlərimi gücləndirir və "jim" edirdim. Fiziki güc hissi həmişə mənə emosional təkan verib.
Boksa kifayət qədər yetkin yaşda gəlmişəm: ilk məşqlərə başlayanda yaşım 40-ı keçmişdim.
Tam oxu
Xəbəri oxu