Londondan Putinə xəbərdarlıq: Artıq vaxt çatıb

24.08.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az-ın xəbərinə görə, bunu Ukraynada səfərdə olan Britaniyanın Baş naziri Endi Börnhəm paytaxt Kiyevdəki Sofiya meydanında çıxışı zamanı deyib.

“Sizə əvvəlkindən daha güclü dəstək vermək üçün birlikdə işləməyə sadiqəm. Bu, təkcə hava hücumundan müdafiə ilə bağlı deyil, həm də Rusiyanın raketlərini tamamilə atmasının qarşısını almaqla bağlıdır. Rusiyanın hərbi təchizat zəncirlərini pozan sanksiyalar, raketlərin Ukrayna şəhərlərinə buraxılmazdan əvvəl məhv edilməsinə dəstək, yeni texnologiyaların inkişafında və sənaye əməkdaşlığımızın dərinləşdirilməsində Ukraynaya kömək etməklə Rusiyaya təzyiq göstərməyin vaxtıdır. Rusiyanın bu müharibədə qalib gələ bilməyəcəyini anlamalarını sürətləndirəcəyik”, - o bildirib.

Bundan əlavə, E.Börnhəm Kiyevə səfər ərəfəsində Rusiyaya müraciət edərək bildirib ki, London münaqişənin sülh yolu ilə həllinə nail olunanadək Ukraynanı dəstəkləyəcək.
“Rusiyanın bizim qətiyyətimizə şübhəsi olmamalıdır. Ədalətli və davamlı sülh əldə olunana qədər geri çəkilməyəcəyik”, - hökumət başçısı vurğulayıb. 

Qeyd edək ki, E.Börnhəm iyul ayında Böyük Britaniyanın Baş naziri seçilib. O, ilk xarici səfərini Ukraynaya edib. Onun Kiyevə gəlişi Ukraynanın Müstəqillik Günü ilə üst-üstə düşüb. 
Xatırladaq ki, Britaniya uzun mənzilli SCALP raketlərinin istehsalı üçün məlumatların Ukraynaya ötürülməsinə razılıq verib.

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью