Londonun ən bahalı yaşayış layihəsində qiymət 35 milyon funt sterlinqdən başlayacaq AZƏRTAC

02.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

London, 2 dekabr, AZƏRTAC

Londonda tikilən ən bahalı yaşayış layihəsi olan “1 Mayfair”də satışa çıxarılacaq mənzillərin ilkin start qiyməti 35 milyon funt sterlinq olacaq.

AZƏRTAC “Evening Standard” nəşrinə istinadla xəbər verir ki, bu rəqəm paytaxtdakı orta ev qiymətindən təxminən 70 dəfə yüksəkdir.

Məşhur milyarder Con Kaudvelin rəhbərliyi ilə həyata keçirilən və ümumi dəyəri 2 milyard funt sterlinq olan layihənin 2026-cı ilin yazında tamamlanması gözlənilir. Layihənin ölçüləri və mənzillərin dəqiq konfiqurasiyası hələ açıqlanmasa da tikinti şirkəti bildirir ki, hətta ən kiçik mənzil belə Londonda yalnız bir neçə iri mənzil və malikanə ilə müqayisə olunacaq qiymətə malik olacaq. Layihədəki 29 mənzilin orta qiyməti təxminən 70 milyon funt sterlinq olacaq.

Bildirilib ki, artıq layihəyə maraq göstərən 600-dən çox potensial alıcı siyahıya alınıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью