Lopez boşanması ilə bağlı şok detalları AÇIQLADI

30.09.2025

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Cennifer Lopez gözlənilmədən Ben Affleklə evliliyinin sonunu “başıma gələn ən yaxşı şey” adlandırıb.

Tribunainfo.az xəbər verir ki, məşhur müğənni və aktrisa CBS-nin “Bazar səhəri” verilişində bu prosesin onu dəyişdiyini və yetkinləşdirdiyini bildirib.

Lopez boşanma prosesində eyni vaxtda film çəkilişlərində çətinlik çəkdiyini və bunun ağır bir proses olduğunu qeyd edib.

Yaşadığı münaqişəni “Çəkiliş meydançasında hər zaman xoşbəxt idim, amma evə gələndə fərqli idi” deyərək izah edib.

Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek 2022-ci ildə evləniblər. Bu evlilik 2000-ci illərin əvvəllərində başlayan münasibətlərinin canlanması ilə böyük diqqət çəkib.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью