Lopez yenidən Selta da

26.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Lopez yenidən "Selta"da

"Vulverhempton"un 21 yaşlı yarımmüdafiəçisi Fer Lopez İngiltərə karyerasına ara verərək yenidən İspaniyaya qayıdıb.

QOL.az xəbər verir ki, gənc futbolçu sabiq klubu "Selta"ya keçib. Qalisiya təmsilçisi öz yetirməsini mövsümün sonuna qədər icarəyə götürüb.

Xatırladaq ki, Lopez 2025-ci ilin yayında məhz "Selta"dan 23 milyon avro qarşılığında "Vulverhempton"a transfer olunmuşdu. Lakin Premyer Liqanın əsas autsayderlərindən olan klubun heyətində işlər yolunda getməyib. Komandanın liderlərini əvəz etməsi gözlənilən oyunçu İngiltərədə keçirdiyi 12 rəsmi matçda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Selta" hazırda La Liqada uğurlu çıxışı ilə seçilir. Aktivində 32 xal olan Viqo təmsilçisi 7-ci pillədə qərarlaşaraq avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью