Loqo dəyişdi, müştərilər üz döndərdi

12.08.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təxminən bir il əvəvl “Jaguar” şirkəti radikal dəyişiklik etdi.

Avtosfer.az xəbər verir ki, şirkət uzun illər məşhur olan loqosunu dəyişdi. Dəyişiklikdən sonra şirkətin saytına giriş sayı qısa müddətdə ciddi şəkildə artdı. Lakin, bu, müvəqqəti oldu.

İş burasındadır ki, ənənəvi müştərilər loqo dəyişikliyini qəbul etmədilər. Sayta giriş artsa da, salonlara gələn olmadı, satışlar 78 faiz azaldı. 

Ən ciddi geriləmə Avropada müşahidə olunur. 2025-ci ilin aprelində qitədə 2000 avtomobil satılmışdısa, bu ilin aprelində cəmi 49  avtomobil reallaşdırılıb.

Satışların çökməsinə səbəb təkcə rebrendinq deyil. Şirkətin konkret olaraq daxiliyanma mühərriklərindən imtina etməsi də sözünü deyib.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью