L’Oréal ın satışları gözləntiləri üstələdi: Səhmlər 4,8% bahalaşdı

23.10.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Fransanın kosmetika nəhəngi L’Oréal-ın üçüncü rübdə satışları bazar gözləntilərini üstələyib.

Banco.az xəbər verir ki,nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri cümə günü birja açılışında 4,8 faiz bahalaşıb.

Şirkətin iyul-sentyabr aylarında satışları müqayisəli əsasda 7,7 faiz artaraq 11,56 milyard avroya çatıb. Analitiklər isə artımın 5,9 faiz olacağını proqnozlaşdırırdılar.

Satışların artmasına müxtəlif bazarlarda, xüsusilə Çində premium kosmetik məhsullara tələbatın güclənməsi təsir göstərib.

Şirkətin səhmləri ilin əvvəlindən bəri ümumilikdə 16 faiz dəyər qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью