Lorenso Kuinnin Təbiətdə tarazlıq” sərgisi | Icma.az
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil.
Belə ki, “Təbiətdə tarazlıq” (“Equilibrium in Nature”) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir.
Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.
Açılış mərasimindən əvvəl italyan heykəltaraş Lorenso Kuinn jurnalistlərə açıqlamasında burada Azərbaycanda olmasından məmnunluğunu ifadə edib.
“İnanılmaz məkanda bu heyrətamiz sərgini təşkil etmək məni çox həyəcanlandırır.
Təbii ki, uzun illərdir bu məkanı izləmişdim və bir gün burada öz sərgimi təşkil edəcəyimə inanırdım. Xəyallar gerçəkləşdi.
Həmçinin çox şadam ki, sərgim COP29 ilə üst-üstə düşür, çünki mənim sənət əsərlərimin hər biri özlüyündə bir universal mesajdır.
Tam oxu
Xəbəri oxu