Loris Karius Almaniya klubu ilə müqavilə imzaladı RƏSMİ

14.01.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Loris Kariusun yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, alman qapıçı karyerasını ölkəsində davam etdirəcək.

Karius "Şalke" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.31 yaşlı qolkiper II Bundesliqa təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Loris Kariusun son klubu "Nyukasl" olub. Təcrübəli "əlcək sahibi" 2023/2024 mövsümünün sonunda Premyer Liqa təmsilçisindən ayrılmışdı.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью