Lorkanın itmiş əsərləri tapıldı

19.08.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Siyasi fikirləri və cinsi kimliyi səbəbindən 90 il əvvəl güllələnən Qranada doğumlu məşhur ispan şair, dramaturq Federiko Qarsiya Lorkanın itmiş əsərləri tədqiqatçılar tərəfindən üzə çıxarılıb.
Kulis.az xəbər verir ki, flamenko müğənnisi Migel Poveda Lorkaya aid indiyədək nəşr olunmamış bir şeirin yer aldığı əlyazmanı tapıb.
Əlyazmanın şairə aid olduğu Lorka üzrə mütəxəssis Pepa Merlo tərəfindən təsdiqlənib.
Şairin uşaqlıq illərini keçirdiyi Qranadadakı mənzilinin bərpasından sonra bu kəşflər aprel ayında işıq üzü görən "Las cosas del otro lado. Lo inédito en Federico García Lorca" adlı kitabda cəmlənib.
Tədqiqatçılar həmçinin Lorkanın həbs olunub qətlə yetirilməzdən əvvəl sevgilisinə yazdığı son məktubunu da təhlil ediblər.
Bununla yanaşı, şairin həyat və yaradıcılığından bəhs edən iki bioqrafik filmin 2026-2027-ci illərdə təqdim olunacağı gözlənilir.
Bunlardan biri Kann Kinofestivalında "Ən yaxşı rejissor" mükafatını qazanan "La Bola Negra", digəri isə Fernando Frankonun rejissorluğu ilə Lorkanın həyatının son həftələrini ekrana gətirəcək ekran işidir.

"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri Damla-damla yoxa çıxan zövqümüz... "Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью