Los Anceles Leykers NBA da mübarizəni dayandırdı

01.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Heyətində Lebron Ceyms və Luka Donçiç kimi ulduz basketbolçuların yer aldığı "Los-Anceles Leykers" sensasiyalı şəkildə NBA-da mübarizəni dayandırıb.

Oxu.Az xəbər verir ki, komanda pley-offun birinci mərhələsində "Minnesota Timbervolvs"a təslim olub.

Maraqlıdır ki, "Los-Anceles Leykers" Qərb konfransında rəqibini bir pillə üstələyərək beşinci yerdə qərarlaşmışdı. Lakin pley-offda məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmayıb.

NBA pley-off, birinci mərhələ (1/8 final)

"Hyuston Rokets" - "Qolden Steyt Uorriors" - 131:116

Seriyada hesab - 3:2

"Los-Anceles Leykers" - "Minnesota Timbervolvs" 96:103

Seriyada hesab - 1:4

Qeyd edək ki, NBA-nın pley-off mərhələsində ən tez dörd qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью