Los Anceles niyə yandı? Yeni bir terminlə tanış olun: Hidroiqlim qamçısı | Icma.az
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Los Anceles və ətrafdakı əraziləri məhv edən dəhşətli qış yanğınları ekstremal quraqlıq və
Bu sürətli keçidlər alimlərin "hidroiqlim qamçısı" adlandırdığı bir fenomenin artmaqda olduğunu göstərir.
Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, 200-dən çox elmi məqalənin təhlilinə əsaslanan araşdırma atmosferin daha çox nəm saxlama qabiliyyəti qazandığı üçün bu fenomenin daha tez-tez baş verdiyini ortaya qoyur.
İqlim 3 dərəcə istiləşməyə doğru irəlilədikcə, bu növ sel və yanğınlarla nəticələnən dalğalanmaların tezliyinin iki dəfə artması gözlənilir.
Fəlakətdən əvvəl xəbərdarlıq edən tədqiqat Kaliforniya Universitetindən iqlimşünas Daniel Sveyn bu yaxınlarda yayımlanan bir araşdırmada Kaliforniyadakı yaş və quru şərait arasındakı anormal keçid nümunəsinin "hidroiqlim qamçısı"nın konkret nəticələrini göstərmək üçün istifadə edildiyini açıqlayıb.
"Araşdırmamızda əldə olunan nəticələr, bu həftə baş verənlərlə qorxunc dərəcədə üst-üstə düşür", deyə Kaliforniya Universitetinin iqlimşünası bildirib.
Atmosferin "süngər effekti" Araşdırmaya görə, atmosfer istiləşdikcə suyu toplamaq, saxlamaq və sərbəst buraxmaq qabiliyyəti artır.
XIX əsrdən bu yana aparılan tədqiqatlar göstərir ki, hər bir dərəcə istiləşmə, atmosferin bu qabiliyyətini 7 faiz artırır.
Tam oxu
Xəbəri oxu