Los Anceles Olimpiadasının tam cədvəli açıqlandı

15.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2028-ci ildə Los-Ancelesdə (ABŞ) keçiriləcək Yay Olimpiya Oyunlarının tam cədvəli açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə olimpiadanın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, idman tədbirləri iyulun 12-də futbol matçları da daxil olmaqla, birinci təsnifat mərhələləri ilə başlayacaq.

Açılış mərasimi iyulun 14-də, ertəsi gün, iyulun 15-də triatlon, qılıncoynatma, cüdo, atletika, reqbi, atıcılıq və kanoe slalom kimi idman növləri üzrə ilk medal dəstləri təqdim olunacaq.

Boks yarışı 15-23 iyul tarixlərində, finallar isə 27-30 iyulda keçiriləcək.

Cüdoda mübarizə iyulun 15-dən 22-dək "LA Convention Center Hall"da baş tutacaq.

Olimpiadanın final günü, iyulun 30-da yüngül atletika, boks, basketbol, trek velosipedi, üzgüçülük, güləş və voleybol üzrə həlledici yarışlar keçiriləcək. Həmin gün olimpiadanın bağlanış mərasimi də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью