Los Ancelesdə 20 Yanvar şəhdiləri anılıb

22.01.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulluğunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir təşkil olunub.

Los-Ancelesdəki Baş konsulluqdan Modern.az-a verilən məlumata görə, anım tədbirində 60 nəfərədək soydaşımız iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni himni ifa edilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış etmiş Baş konsul Vüqar Qurbanov qonaqlara 20 Yanvar hadisəsinin milli iradəmizin zəfərini təcəssüm etdirdiyini və bunun Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolda oynadığı rolu, habelə dövlətimizin 20 Yanvar və digər bütün şəhidlərimizin xatirəsini əməli olaraq uca tutduğunu vurğulayıb.

Daha sonra çıxış edən faciənin canlı şahidi Qəmər Xəlilova hadisələr barədə tədbir iştirakçılarına məlumat verib, xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə yanaşı qoyulmuş informasiya blokadasının yarılması üçün göstərilmiş səylərlə bağlı xatirələrini bölüşüb.

Çıxışların ardınca musiqiçilər Emin Kərimi, Bəhmən Mirzəzadə və Əmir Bayat tərəfindən həzin ruhlu Azərbaycan musiqiləri ifa edilib.

Musiqi ifalarından sonra Xəzər Dənizində fəaliyyət göstərən gəmiçilərin qəhrəmanlıqlarını özündə əks etdirən “20 yanvarda doğulanlar” filmi nümayiş edilib.

Həmçinin, tədbir zamanı 20 Yanvar faciəsini özündə əks etdirən sərgi nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью